Vidadi Babanlı Qazaxda dəfn edildi - YENİLƏNİB, FOTO/VİDEO

Dünən dünyasını dəyişən yazıçı Vidadi Babanlı bu gün doğulduğu Qazax rayonunda dəfn edilib.

 

Senzor.az bildirir ki, mərhum rayonun Birinci Şıxılı kənd qəbiristanlığında torpağa tapşırılıb. 

 

Dəfn mərasimində yazıçının ailə üzviləri, Qazax Rayon İcra Hakimiyyətinin təmsilçiləri və ictimaiyyət nümayəndələri iştirak ediblər. 


**15:48 (16.08.2025)


Azərbaycanın görkəmli yazıçısı Vidadi Babanlı vəfat edib.

 

Senzor.az bildirir ki, o, bu gün 98 yaşında dünyasını dəyişib.

 

V.Babanlı "Qazax" Xeyriyyə İctimai Birliyinin Fəxri üzvü, Prezidentin fərdi təqaüdçüsü, Əməkdar incəsənət xadimi  idi. O, 2022-ci ildə "Şərəf" ordeni ilə təltif olunmuşdu.

 

Əslən Qazax rayonundan olan Vidadi Babanlı Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) Fılologiya fakültəsini bitirib. "Azərbaycan müəllimi" qəzetidə ədəbi işçi vəzifəsində, "Ədəbiyyat qəzeti"ndə ədəbi işçi, şöbə müdiri işləyib. Sonralar C.Cabbarlı adına "Azərbaycanfılm" kinostudiyasının dublyaj şöbəsində baş redaktor əvəzi, "Yazıçı" nəşriyyatında baş redaktor müavini olub.

 

Zamanında "Vicdan susanda" romanı Vidadi Babanlıya böyük şöhrət qazandırmışdı.

 

V.Babanlı sabah Qazax rayonunun Şıxlı kəndində ailə qəbiristanlığında dəfn ediləcək.

 

Allah rəhmət eləsin!






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.