
Senzor.az Daxili İşlər Nazirliyi Mətbuat Xidmətinin Şirvan regional qrupuna istinadən bildirir ki, şöbə əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbirləri nəticəsində rayon sakini Ələsgər Nuralıyev rayonun Otuziki kəndi ərazisində saxlanılıb.
Onun üzərinə keçirilən baxış zamanı 1 kiloqram 900 qram narkotik maddə olan heroin, 1 kiloqram 300 qram qram “patı” və “şüşə” adlanan psixotrop maddə - metamfetamin və 2 kiloqramdan artıq marixuana aşkar edilərək götürülüb.
Dindirilmə zamanı həmin şəxs qanunsuz əməllə məşğul olduğunu etiraf edib.
Faktla bağlı İmişli RPŞ-də cinayət işi açılıb, araşdırmalar davam etdirilir.