Hazırda Azərbaycanda 18 qadın minaaxtaran və 2 qadın paramedik (tibb işçisi) fəaliyyət göstərir.
Senzor.az bildirir ki, KİV-in sorğusuna cavab olaraq Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyindən (ANAMA) verilən məlumatda belə deyilir.
Qeyd olunub ki, qadın minaaxtaranlar indiyədək 501 hektar ərazini minalardan təmizləyib, 400 ədədə yaxın mina və partlamamış hərbi sursat aşkarlayıblar.
Məlumatda o da vurğulanıb ki, 2023-cü ildən etibarən qadınlardan ibarət minatəmizləmə qrupları işğaldan azad edilmiş ərazilərdə minatəmizləmə fəaliyyətinə cəlb olunub. Onlar ilk olaraq Ağdam rayonu ərazisində, hazırda isə Ağdərə rayonunun Talış kəndi ərazisində minatəmizləmə əməliyyatlarında iştirak edirlər.