Sentyabrın 8-də Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, gündüz arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Şimal-şərq küləyi əsəcək.
Milli Hidrometeorologiya Xidmətindən Senzor.az-a verilən məlumata görə, havanın temperaturu gecə 20-24°, gündüz 27-31° isti olacaq.
Atmosfer təzyiqi 759 mm civə sütunu, nisbi rütubət isə gecə 70-75 %, gündüz 50-55 % təşkil edəcək.
Azərbaycanın əksər rayonlarında da havanın əsasən yağmursuz olacağı gözlənilir. Lakin bəzi dağlıq və dağətəyi rayonlarda fasilələrlə yağış yağacağı, şimşək çaxacağı gözlənilir. Ayrı-ayrı yerlərdə qısamüddətli leysan xarakterli olacağı, dolu düşəcəyi ehtimalı var. Gecə və səhər bəzi yerlərdə duman olacaq, mülayim şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 19-24°, gündüz 28-33°, dağlarda gecə 9-14°, gündüz 16-21° isti olacaq.