Ağdamda 16 yaşlı qıza qarşı cinsi zorakılıqda şübhəli bilinən 4 NƏFƏR HƏBS OLUNDU
VİDEO

Ağdamda 16 yaşlı qıza təcavüz etməkdə şübhəli bilinən dörd nəfər həbs edilib.

 

Senzor.az bildirir ki, hadisə Ağdam rayonunun Yuxarı Yüzbaşılı kəndində baş verib. Kənd sakini, 16 yaşlı qız bir neçə nəfər tərəfindən cinsi zorakılığa məruz qalması barədə valideynlərinə, onlar isə polisə məlumat veriblər.

 

Polis əməkdaşlarının keçirdikləri tədbir nəticəsində təcavüz əməlini törətməkdə şübhəli bilinən 4 nəfər saxlanılaraq istintaqa təhvil verilib.

 

Faktla bağlı cinayət işi başlanıb.

 

Ağdam Rayon Məhkəməsində həmin şəxslərin barəsində həbs qətimkan tədbirinin seçilməsi ilə bağlı istintaq orqanının təqdimatına baxılıb. Məhkəmənin qərarı ilə təqdimatlar təmin edilib, təcavüzdən şübhəli bilinən 3 nəfər barəsində 4 ay, bir nəfər barəsində isə 3 ay həbs qətimkan tədbiri seçilib.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.