Məşhur yazıçı-jurnalist Əfqan dünyasını dəyişdi
93 YAŞINDA
Azərbaycanın qocaman yazıçı-jurnalisti, Əməkdar incəsənət xadimi Əfqan Əsgərov bu gün vəfat edib.
 
Senzor.az bildirir ki, bu barədə Azərbaycan Yazıçılar Birliyindən məlumat verilib.
 
Xatırladaq ki, Əfqan Hacıağa oğlu Əsgərov 23 sentyabr 1929-cu ildə Şirvanın Qarabağlılar kəndində anadan olub.
 
O, uzun illər “Kommunist" (indiki “Xalq qəzeti”) qəzetində ədəbiyyat şöbəsinin müdiri, 1989-cu ildə "Sovet kəndi" qəzetinin redaktoru olub. 1991-ci ildə isə Ali Sovetin orqanı olan "Həyat" (indiki "Azərbaycan") qəzetinin baş redaktoru işləyib.
 
Əfqan həm də "Bəy İnal", "Qartal əfsanəsi", "Gülyanaq", "Katib", "Həsrət də bir vüsaldır", "Şahlar Şahı", "Cənnətməkan" kimi nəsr əsərlərinin müəllifidir. Yazıçı kimi daha çox "Bəy İnal" romanı ilə tanınırdı.
 
Qeyd edək ki, mərhumun cənazəsi bu gün saat 12-də H.Seyidbəyli küçəsi 30 ünvanından götürüləcək. Dəfn Yasamal qəbiristanlığında olacaq.
 
Allah rəhmət eləsin!





Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.