Formula 1-dən sonra Bakının əsas mərkəzi yolları açılıb
FOTO

Son 9 ildə ilk dəfə olaraq, Formula 1 həftəsindən sonra cəmi 12 saat ərzində yol məhdudiyyətlərinin böyük hissəsi aradan qaldırılıb.

 

Senzor.az bildirir ki, bu barədə Bakı Şəhər Halqasından məlumat verilib.

 

Belə ki, Formula 1 Azərbaycan Qran-Prisi başa çatdıqdan sonra şəhərdə halqa infrastrukturu və “Azneft dairəsi”ndəki tribunalarda tam söküntü işləri aparılaraq, mərkəzi küçələr nəqliyyatın istifadəsinə qaytarılıb. Söküntü işlərinin ilk gecəsində saat 06:00-dan etibarən Neftçilər prospektinin Rəşid Behbudov küçəsi ilə kəsişməsindən Puşkin küçəsi ilə kəsişməsinədək olan hissə istisna olmaqla, hərəkət tam bərpa edilib.

 

Qeyd edək ki, yarış həftəsində bağlı olan yolların əksər hissəsi, şəhərdə tıxacların azaldılması məqsədilə, müəyyən vaxt intervalında sürücülərin istifadəsinə açıq olub.

 

Bakı Şəhər Halqası Əməliyyat Şirkəti şəhər sakinlərinə və sürücülərə göstərdikləri anlayışa görə təşəkkürünü bildirib. 






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.