Şəmkirdə 190 min manatlıq ot bağlamalarını yandıran şəxs saxlanıldı - FOTO
Şəmkirdə ot tayasını yandırmaqda şübhəli bilinən şəxs saxlanılıb.

Senzor.az Daxili İşlər Nazirliyi Mətbuat Xidmətinin Gəncə regional qrupuna istinadən bildirir ki, 2021-ci il dekabr ayının 26-da Şəmkir Rayon Polis Şöbəsinin Kür Polis Bölməsinə rayonun Qapanlı kəndində yerləşən fermalardan birində yanğın olması barədə məlumat daxil olub. Polis əməkdaşları hadisə yerinə gedərək müvafiq araşdırmalar həyata keçiriblər. Araşdırmalar zamanı məlum olub ki, fermadakı ot tayası naməlum şəxs və ya şəxslər tərəfindən yandırılıb.

Keçirilən təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində vətəndaşa məxsus, ümumi dəyəri 190 000 manat olan 60 000 ədəd arpa və yonca ot bağlamalarını yandırmaqda şübhəli bilinən Qapanlı kənd sakini Abbas Heydərov saxlanılıb. Saxlanılan şəxs ifadəsində etiraf edib ki, hadisəni ferma sahibinin kirvə qohumluğundan imtina etdiyinə görə törədib.

Faktla bağlı cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.













Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.