İsmayıllıda toyda bıçaqlanma hadisəsi olub.
"Unikal"ın əldə etdiyi məlumata görə, hadisə Talıstan kəndində baş verib.
Toy zamanı Səid adlı bəyi tanışlarından biri çölə çağıraraq ona bıçaq xəsarətləri yetirib. Bu zaman insident böyüyüb və toyda iştirak edən daha 3 nəfər də bıçaqlanıb. Yaralılar xəstəxanaya yerləşdirilib.
Hadisəni törədən 2002-ci il təvəllüdlü Elşən Babayev polis tərəfindən müəyyən edilərək saxlanılıb.
Araşdırma aparılır.