Fevralın 15-də Bakıda və Abşeron yarımadasında buludlu hava üstünlük təşkil edəcək.
Senzor.az Milli Hidrometeorologiya Xidmətinə istinadən bildirir ki, səhər bəzi yerlərdə qısamüddətli yağış yağacağı ehtimalı var. Mülayim cənub-şərq küləyi əsəcək.
Havanın temperaturu yarımadada gecə 3-5°, gündüz 7-10°, Bakıda gecə 3-5°, gündüz 7-9° isti olacaq.
Atmosfer təzyiqi normadan yüksək 771 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət 60-70 % olacaq.
Azərbaycanın rayonlarında bəzi yerlərdə havanın yağıntılı olacağı, dağlıq ərazilərdə qar yağacağı gözlənilir. Gecə və səhər saatlarında duman olacaq. Mülayim şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 0-5°, gündüz 7-11° isti, dağlarda gecə 5-10°, gündüz 0-5° şaxta olacaq.