Şərurlu İsfəndiyar haqda verilən rəy məhkəmədə gərginlik yaratdı - ƏLAVƏ EKSPERTİZA KEÇİRİLƏCƏK

"Şərur" MTK-nın sahibi İsfəndiyar Axundovun (Şərurlu İsfəndiyar) barəsində xüsusi ittiham qaydasında verilən şikayət üzrə növbəti məhkəmə prosesi keçirilib.

 

Binəqədi Rayon Məhkəməsində hakim Vüsal Tağıyevin sədrliyi ilə keçirilən prosesdə ekspertiza rəyi elan edilib.

 

Ekspertiza rəyinə görə, İsfəndiyar Axundov müsahibələrində Emil Səməndərovun ünvanına şərəf və ləyaqəti alçaldan təhqir formalı, ritorika, təsdiq verən sözlərdən istifadə edib. Lakin nalayiq ifadələrə rast gəlinmir.

 

İsfəndiyar Axundovun vəkilləri Ülvi Nəsibli və Şahbaz Kərimli ekspertizanın rəyi ilə razılaşmayıb və Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin verdiyi rəyin ziddiyyətli olduğunu bildiriblər. Həmçinin eksperti maraqlı şəxs adlandırıblar. Vəkillər bunu əsas gətirərək AMEA-nın Dilçilik İnstitutuna linqvistik ekspertizaya göndərilməsi barədə vəsatət veriblər.

 

Xüsusi ittihamçı Emil Səməndərovun vəkili Asim Abbasov bu vəsatətin təmin olunmamasını istəyib. Amma məhkəmə vəsatəti təmin edib.

 

Daha sonra vəkil Asim Abbasovun özü vəsatət verib.

 

O bildirib ki, rəyi verən Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin eksperti Almaz Bayramova da çağırılsın, hər iki şəxs dindirilsin, sonra məhkəmə müşavirə otağında qərar versin.

 

Məhkəmə vəsatətin baxılmasını oktyabrın 16-dək təxirə salıb.

 

Oxu.az xatırladır ki, İsfəndiyar Axundov barəsində Cinayət Məcəlləsinin 147.2-ci (böhtan) və 148-ci (təhqir) maddələri üzrə xüsusi ittiham qaydasında şikayət edilib. Xüsusi ittiham qaydasında "Proqres 2016" MTK-nın rəhbəri Emil Səməndərov şikayət edib. İttihama görə, İ.Axundov müsahibələrindən birində E. Səməndərovu dələduz kimi təqdim edib.

 






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.