Külli miqdarda narkotiki Bakıya evakuatorla gətirmək istəyirdilər...
MASALLIDA TUTULDULAR

Masallıda narkotiki evakuatorla daşımağa cəhd edən şəxslər tutulub.

 

DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan Senzor.az-a verilən məlumata görə, ölkə ərazisinə qaçaqmal yolu ilə gətirilən külli miqdarda narkotik vasitəni Bakı şəhərinə çatdıraraq satışını təşkil etmək istəyən şəxslər polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Masallı rayonu ərazisində saxlanılıblar.

 

Araşdırmalarla müəyyən edilib ki, diqqət çəkməmək və ifşa olunmamaq məqsədilə narkokuryerlər - 29 yaşlı Qadir Xandadaşlı və 27 yaşlı Elsun Əzizli əvvəlcədən gizlədilmiş yerdən götürdükləri narkotikləri fərqli üsulla daşımağa cəhd ediblər. Onlar Q.Xandadaşlıya məxsus yük yerində 16 kiloqram marixuana gizlədilmiş avtomobildə guya qəfil nasazlıq baş verdiyi görüntüsünü yaradaraq evakuator xidmətinə müraciət ediblər. Lakin onların bu niyyəti Masallı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən ifşa olunub və hər iki şəxs saxlanılıb.

 

Faktla bağlı cinayət işi başlanılıb, Q.Xandadaşlı və E.Əzizli barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.