Milli Məclisin deputatı Elçin Mirzəbəyli üzvü olduğu Ədalət, Hüquq, Demokratiya Partiyasından (ƏHD Partiyası) xaric edilib.
Modern.az məsələnin təfərrüatlarını öyrənmək üçün Elçin Mirzəbəylinin özü ilə əlaqə saxlayıb.
Sayta açıqlamasında deputat bildirib ki, o, partiyadan xaric edilməsi ilə bağlı müraciət etməyib. Xəbəri də yalnız mətbuatdan oxuyub.
"Mən partiyadan öz xoşumla çıxmamışam. Bununla bağlı müraciət də etməmişəm. Partiyanın İdarə Heyəti qərar verib. Ayın 29-da partiya sədrinin müavinliyindən azad olunmuşdum, ondan da xəbərim yox idi. Bu gün də siz dediyiniz xəbəri mətbuatdan oxumuşam",- o deyib.