Oktyabrın 15-də Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin axşam bəzi yerlərdə yağış yağacağı ehtimalı var. Cənub-şərq küləyi axşam şimal-şərq küləyi ilə əvəz olunacaq.
Senzor.az bildirir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.
Havanın temperaturu gecə 14-17, gündüz 20-23 dərəcə isti olacaq. Atmosfer təzyiqi normadan yüksək 764 mm civə sütunu, nisbi rütubət isə gecə 80-85%, gündüz 60-65% təşkil edəcək.
Azərbaycanın rayonlarında da havanın əsasən yağmursuz keçəcəyi, lakin gündüz bəzi şərq rayonlarında qısamüddətli yağış yağacağı, şimşək çaxacağı gözlənilir. Bəzi yerlərdə arabir duman olacaq. Şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 9-13, gündüz 19-24, dağlarda gecə 0-4, gündüz 5-9 dərəcə isti olacaq.