Bakıda məşhur vəkilin evi qarət olundu
FOTO

Tanınmış vəkil Bəhruz Bayramovun evi qarət olunub.

 

Bu barədə Gününsəsi.info-ya vəkil özü məlumat verib.

 

Bəhruz Bayramovun sözlərinə görə, Bakının Binəqədi Rayonu Rəsulzadə qəsəbəsindəki həyət evinə girən oğrular mənzildən əsas əşyaları aparıblar: "Televizor, xalçalar, kombi, qab-qacaqlar, bahalı suvenirlər və sair məişət əşyalarını aparıblar. Mənə ən çox təsir edən mərhum anamın yadigarı olan qədimi xalçanın oğurlanmasıdır".

 

Bəhruz Bayramov bildirib ki, hadisə yerinə polis çağırılıb: "İki saata yaxın araşdırma apardılar. Ekspert də gəlmişdi, əl-ayaq izləri götürdülər. İstintaq hərəkətləri apardılar. İnanıram ki, polis bu cinayətin üstünü açacaq".

 

Daxili İşlər Nazirliyi Mətbuat Xidmətinin əməkdaşı Elbrus İbrahimov da sayta açıqlamasında deyib ki, oğurluq faktı ilə bağlı araşdırma aparılır və nəticəsi barədə məlumat veriləcək.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.