
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Aparat rəhbəri Nəriman Qurbanov vəfat edib.
Senzor.az bildirir ki, bu barədə KİV-ə onun yaxınları məlumat veriblər.
Məlumata görə, N.Qurbanov bu gecə 65 yaşında dünyasını dəyişib.
Qeyd edək ki, Nəriman Əhmədağa oğlu Qurbanov 20 oktyabr 1960-cı ildə Bakı şəhərində anadan olub.
O, Əməkdar dövlət qulluqçusudur, uzun illər bir sıra dövlət qurumlarında rəhbər vəzifələrdə çalışıb.
Onu da xatırladaq ki, N.Qurbanov məşhur yazıçı və ssenarist Əhmədağa Muğanlının oğlu, tanınmış araşdırmaçı-jurnalist Araz Qurbanovun qardaşıdır.
Allah rəhmət eləsin!