Heydər Əliyev adına Hərbi Akademiyanın 3 gün əvvəl itkin düşmüş kursantı Hüseynli Vüsal Elşən oğlu tapılıb.Senzor.az bildirir ki, V. Hüseynli hərbi polis tərəfindən tapılaraq ailəsinə təhvil verilib.
Müdafiə Nazirliyindən xəbəri təsdiqləyiblər.
Xatırladaq ki, V.Hüseynli fevralın 13-də akademiyaya getmək üçün yaşadığı Sumqayıt şəhərindən Bakıya gəlmişdi. Həmin gündən ondan xəbər yox idi. Onun tapılması məqsədilə Müdafiə Nazirliyinin Hərbi polis idarəsi aidiyyəti hüquq-mühafizə orqanları ilə axtarış aparırdı.