Yol polisi yağışlı hava ilə əlaqədar sürücülərə müraciət edib

Hazırda paytaxtda, eləcə də respublikanın ayrı-ayrı bölgələrində yağışlı və çiskinli hava, bəzi yol sahələrində isə duman müşahidə olunur. Belə şəraitdə görmə məsafəsinin azalması və yol örtüyünün sürüşkən olması nəqliyyat vasitələrinin hərəkətini çətinləşdirir, qəza ehtimalını artırır.

 

Senzor.az bildirir ki, Daxili İşlər Nazirliyi Baş Dövlət Yol Polisi İdarəsinin müraciətində belə deyilir.

 

Müraciətdə sürücülərdən və piyadalardan belə hava şəraitində yollarda xüsusi diqqət və ehtiyatla hərəkət etmək xahiş edilib.

 

"Sürücülərə tövsiyə olunur ki, sürət həddini hava və yol şəraitinə uyğun seçsinlər, ara məsafəsini artırsınlar, ötmə və manevretmə zamanı xüsusilə diqqətli olsunlar, həmçinin şüşəsilən və işıq cihazlarının, o cümlədən təkərlərin saz vəziyyətdə olmasına əmin olsunlar.

 

Piyadalar isə yalnız müəyyən olunmuş keçidlərdən keçməli, yağış və çiskin zamanı görünməni artıran işıq əks etdirən geyimlərə üstünlük verməlidirlər.

 

Baş Dövlət Yol Polisi İdarəsi bir daha xatırladır ki, hava şəraitindən asılı olmayaraq diqqət və məsuliyyət hər bir hərəkət iştirakçısının təhlükəsizliyinin əsas təminatıdır", - müraciətdə vurğulanıb.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.