
Ölkə başçısının siyasi iradəsi əsasında müəyyənləşdirilən bu strateji kursa uyğun olaraq müxtəlif istiqamətləri əhatə edən layihələr yalnız paytaxt Bakıda deyil, digər iri şəhərlərdə, eləcə də respublikanın əksər bölgələrində reallaşdırılır.
Senzor.az bildirir ki, belə müəssisələrdən biri də Şəmkir rayonunda yerləşən Zəyəm Texnalogiyalar Parkıdır.
Müəssisənin inkişaf konsepsiyası ölkənin ixrac potensialının artırılması, yəni xarici bazarlara sabit və etibarlı çıxışın təmin edilməsi, milli brendlərin yaradılması, istehsalçı və istehlakçı arasında inteqrasiya münasibətlərinin formalaşmasında əhəmiyyətli rol oynayacaq.
Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı Rəşad Tağıyev bu gün Zəyəm Texnalogiyalar parkında olub, işlərin gedişi ilə maraqlanıb.




Qabil YUSİFOĞLU