Qusarçay məcrasını dəyişib, evlər təhlükə altında qalıb - VİDEO

Qusarın Balaqusar kəndinin yaxınlığından keçən Qusarçay məcrasını dəyişərək 6 evi təhlükə altında qoyub.

 

"Xəzər TV" xəbər verir ki, sakinlərin sözlərinə görə, son 5 il ərzində çay təxminən 20 metr enində və 120 metr uzunluğunda torpaq sahəsini yuyub aparıb. Bu isə həm evlərin, həm də təsərrüfatların gələcək taleyi ilə bağlı ciddi narahatlıq yaradıb.

 

Artıq çayla evlər arasındakı məsafə bir neçə metrə qədər azalıb. Çayın səviyyəsi qalxdıqca kənd camaatı üçün təhlükə kritik həddə çatır. Sakinlər bildirirlər ki, bəzi torpaq sahələri tamamilə itirilib və bir neçə fərdi təsərrüfat uçqun riski ilə üz-üzədir.

 

Bildirilir ki, çayın istiqamətinin dəyişməsinə səbəb burada vaxtında bəndlərin çəkilməməsidir. Sakinlər iddia edirlər ki, çayda möhkəmləndirmə və sahilbərkitmə işləri olmadığı üçün hər il eyni problem təkrarlanır və təhlükə daha da artır. Onlar dəfələrlə aidiyyəti qurumlara müraciət etsələr də, problem hələ də öz həllini tapmayıb.

 

Daha ətraflı videomaterialda:






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.