Bakıda yolu bağlayan TIR sürücüləri həbs olundular
Bakıda yolu bağlayan TIR sürücüləri Mirələm Məmmədov və Elvin Məlikov 30 sutka həbs olunublar.
 
Senzor.az bildirir ki, bu barədə qərar Nərimanov Rayon Məhkəməsində qəbul edilib.
 
Bundan başqa, sürücü Bəxtiyar Məmmədov səhhəti ilə əlaqədar olaraq məhkəməyə çıxarılmayıb.
 
Rəmiş Cəfərovun barəsində isə cinayət işi olduğu üçün onunla bağlı təqdimata ayrıca baxılıb və barəsində 2 aylıq həbs qətimkan tədbiri qərarı çıxarılıb.
 
Qeyd edək ki, faktla bağlı Cinayət Məcəlləsinin 233-cü (İctimai qaydanın pozulmasına səbəb olan hərəkətləri təşkil etmə və ya bu cür hərəkətlərdə fəal iştirak etmə) maddəsi ilə Nərimanov Rayon Polis İdarəsinin istintaq şöbəsində cinayət işi başlanılıb.
 
Xatırladaq ki, fevralın 17-i səhər saatlarında “R-GROUP” şirkətinin sürücüləri Heydər Əliyev prospektində yolu bağlamışdılar. Nəticədə saatlarla süni tıxac yaranmışdı. Hadisə ilə bağlı Rəmiş Cəfərov, Mirələm Məmmədov, Bəxtiyar Məmmədov və Elvin Məlikov polis əməkdaşları tərəfindən saxlanılmışdılar.





Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.