
İşğaldan azad edilmiş ərazilərə Böyük Qayıdış davam etdirilir.
Senzor.az bildirir ki, bu mərhələdə Cəbrayıl rayonunun Horovlu kəndinə 38 ailə, 139 nəfər köçürülüb.
Qeyd edək ki, Cəbrayıl rayonunun Horovlu kəndinə köç edənlər respublikanın müxtəlif yerlərində, əsasən yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdir.




