
Gəncə şəhərində “VAZ 2107” markalı minik avtomobili “BakuBus” MMC-yə məxsus marşrut avtobusuna çırpılıb.
Senzor.az bildirir ki, hadisə şəhərin Gülüstan qəsəbəsində qeydə alınıb.
Qəza nəticəsində “VAZ 2107”nin sürücüsü, 2006-cı il təvəllüdlü Qurban Cəbrayılov hadisə yerində ölüb, sərnişinləri-2004-cü il təvəllüdlü Ramin Quliyev və 2005-ci il təvəllüdlü Əli Abdullayev isə müxtəlif dərəcəli xəsarətlərlə Gəncə Şəhər Birləşmiş Xəstəxanasının nəzdində olan Abbas Səhhət adına Xəstəxananın Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunublar. Onlara sol bazu sümüyünün, qabırğaların və biləyin sınığı diaqnozları təyin olunub və zəruri tibbi xidmətlər göstərilib.
Vəziyyətləri orta-ağır qiymətləndirilən pasiyentlərin müalicəsi Cərrahiyyə şöbəsində davam etdirilir.
Faktla bağlı araşdırma aparılır.


