
Ötən gün saat 22:58-də xətdə olan qatarın idarəetmə panelində texniki nasazlıq qeydə alınıb.
Senzor.az bildirir ki, bu barədə "Bakı Metropoliteni" QSC-dən məlumat verilib.
Qeyd olunub ki, "28 May" stansiyasında sərnişinlər düşürülüb və qatar "Nizami" stansiyasından texniki baxış üçün "Nərimanov" elektrik deposuna göndərilib.