
Dekabrın 7-si axşamdan 10-u axşamadək Bakıda və Abşeron yarımadasında arabir yağış yağacağı, bəzi yerlərdə leysan xarakterli olacağı gözlənilir.
Senzor.az bildirir ki, Milli Hidrometeorologiya Xidmətinin yaydığı məlumatda belə deyilir.
Azərbaycanın rayonlarında isə dekabrın 7-si səhər qərb rayonlarından başlayaraq 11-i axşamadək bəzi yerlərdə hava şəraitinin fasilələrlə yağıntılı olacağı gözlənilir. Ayrı-ayrı yerlərdə (Naxçıvan MR, Qarabağ və Şərqi-Zəngəzur, Balakən-Şəki, Qazax-Gəncə, Quba-Qusar, Mərkəzi Aran, Lənkəran-Astara) yağıntının leysan xarakterli intensiv olacağı, dağlıq ərazilərdə qar yağacağı ehtimalı var.
Yağıntılarla əlaqədar çaylarda sululuğun artacağı, bəzi dağ çaylarından qısamüddətli sel keçəcəyi ehtimal olunur.