Qax rayonunun dağ-meşə ərazisində yanğın olub.
“Report”un məlumatına görə, yanğın Qax rayonunun Qum kəndinə təqribən 3 kilometr məsafədə yerləşən İlisu Dövlət Təbiət Qoruğunun ərazisində baş verib.
Əraziyə İlisu Dövlət Təbiət Qoruğunun və Qax Meşə Mühafizəsinin əməkdaşları, Qum və Çinarlı kəndlərinin sakinləri, Qax Dövlət Yanğından Mühafizə Hissəsinin 50 nəfərlik şəxsi heyəti cəlb olunub.
Ümumilikdə 100 nəfər yanğının söndürülməsi istiqamətində işlər aparıb və yanğın 2 saatdan sonra lokallaşdırılıb.
Hazırda yanğının daha geniş ərazilərə yayılmasının qarşısının alınması istiqamətində tədbirlər görülür.
İlkin məlumatlara görə, yanğın nəticəsində qoruq ərazisində təqribən 3 hektar sahədə quru ağaclar yanıb.