"Bakıda qətl hadisəsinə görə polisdə xidməti yoxlamalara başlanılıb".
Senzor.az bildirir ki, bunu KİV-in sorğusuna cavab olaraq Daxili İşlər Nazirliyi (DİN) Mətbuat Xidmətinin rəisi polis polkovniki Ehsan Zahidov deyib.
O qeyd edib ki, törədilən bütün qətl hadisələri ilə bağlı prokurorluq orqanlarında aparılan istintaqla bərabər, eyni zamanda, DİN-də də xidməti yoxlamalar aparılır: "Dünənki ağır faciəvi cinayətlə əlaqədar artıq hadisəni törətməkdə şübhəli bilinən Əhəd Əliyev müəyyən edilərək saxlanılıb. Bu hadisə ilə bağlı başlanan cinayət işi üzrə prokurorluqda istintaq aparılır".
"Həmçinin, Daxili İşlər Nazirliyində də bu qətl hadisəsi ilə bağlı xidməti yoxlama aparılır. Xidməti yoxlama zamanı polis əməkdaşlarının hər hansı fəaliyyətsizliyi, yaxud səhlənkarlığı ilə əlaqəli hansısa məqam üzə çıxarsa, dərhal müvafiq qaydada tədbir görüləcək.
Sosial şəbəkələrdə yayılan iddialar hələ ki, təsdiqini tapmayıb. Bir nüansı nəzərə almaq lazımdır ki, cinayəti törədən mərhumların yaxın qohumudur, daim gediş-gəlişi olan, ailənin bir üzvü kimi yaxın olan bir şəxsdir”, - o vurğulayıb.
Xatırladaq ki, dünən Bakıda ana və iki azyaşlı övladı qətlə yetirilib. Hadisə paytaxtın Nizami rayonu ərazisində baş verib. 1983-cü il təvəllüdlü Gülnar Qaraxanova və onun övladları - 2008-ci il təvəllüdlü Lamiyə Qaraxanlı, 2011-ci il təvəllüdlü Ataxan Qaraxanlını qətlə yetirməkdə şübhəli bilinən 1981-ci il təvəllüdlü Əhəd Əliyev polis əməkdaşları tərəfindən keçirilən intensiv əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılıb.
Hadisə ilə bağlı sosial şəbəkələrdə iddia olunurdu ki, qətl baş verən gün evdə səs-küy eşidən qonşular polisə müraciət edib, lakin əraziyə gələn polis əməkdaşları ailə münaqişəsi olduğunu deyərək müraciətə səhlənkar yanaşıblar.