Bakıda narkokuryerdən 11 kq marixuana götürüldü - VİDEO

Nəsimi Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən narkotiklərin qanunsuz dövriyyəsinə qarşı növbəti əməliyyat keçirilib. Tədbir zamanı 36 yaşlı Emin Mirzəyev narkokuryerlikdə şübhəli bilindiyi üçün saxlanılıb. Onun üzərindən və Qaradağ rayonu Qızıldaş qəsəbəsindəki evindən 11 kiloqrama yaxın narkotik vasitə olan marixuana, psixotrop maddə olan metamfetamin və 2 ədəd elektron tərəzi götürülüb.

 

Senzor.az bildirir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.

 

Bildirilib ki, saxlanılan şəxs ifadəsində narkotik vasitələri sosial şəbəkədə tanış olduğu, şəxsiyyəti istintaqla araşdırılan İran vətəndaşı vasitəsilə əldə etdiyini və paytaxt ərazisində müxtəlif ünvanlara çatdırmağı planlaşdırdığını bildirib.

 

Faktla bağlı cinayət işi başlanılıb. E.Mirzəyev barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

 

Qeyd edək ki, cari ilin əvvəlindən Nəsimi RPİ-nin əməkdaşları tərəfindən 171 kiloqram müxtəlif növ narkotik vasitə qanunsuz dövriyyədən çıxarılıb.


 






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.