
Məşhur meyxana ustası Kərim Novruzov Maştağa qəsəbəsində yerləşən Seyidəli qəbiristanlığında dəfn olunub.
Senzor.az bildirir ki, dəfn mərasimində mərhumun ailə üzvləri, qəsəbə sakinləri və sənət dostları iştirak ediblər.
Dəfndən əvvəl yaşadığı evdə Kərim Novruzovla vida mərasimi keçirilib.
Xatırladaq ki, o, uzun sürən xəstəlikdən sonra dünən yaşadığı mənzildə vəfat edib.




**16:27 (19.12.2025)

Məşhur meyxana ustası Ağakərim (Kərim Novruzov) 61 yaşında vəfat edib.
Senzor.az bildirir ki, bu barədə KİV-ə onun yaxınları məlumat veriblər.
Xatırladaq ki, Ağakərim 1964-cü ildə Bakının Maştağa kəndində doğulub. 1991-ci ildə Azərbaycan Respublikası üzrə keçirilən meyxana müsabiqəsinin qalibi olub, 1993-cü ildə isə Əliağa Vahidə həsr olunmuş Qəzəlxan festivalında ən yüksək mükafata — Qızıl medala layiq görülüb. 2001-ci ildə “Bu gedər, o biri gələr” adlı albomu işıq üzü görüb.
2017-ci ildə meyxanaçının beyninə qan sızmışdı. Bundan sonra onun səhhətində ciddi problemlər yaranmışdı.
Onu da qeyd edək ki, mərhum sabah Maştağa qəsəbəsində yerləşən Seyidəli qəbiristanlığında dəfn olunacaq.
Allah rəhmət eləsin!