Füzulidə iranlı narkotacir “iş başında” yaxalandı: 41 kq MARİXUANA və 2 988 ƏDƏD METADON HƏBİ İLƏ...
VİDEO

Ölkə ərazisinə qaçaqmalçılıq yolu ilə narkotiklərin keçirilməsini təşkil edən daha bir İran vətəndaşı polisin əməliyyatı nəticəsində saxlanılıb.

 

Senzor.az bildirir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.

 

Qeyd olunub ki, DİN-in Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən Füzuli rayonu ərazisində keçirilmiş tədbir nəticəsində İran vətəndaşı 32 yaşlı Ehsan Kakavend "iş başında" saxlanılıb. Ondan tərkibi psixotrop maddələrlə zənginləşdirilmiş 41 kq marixuana və 2988 ədəd metadon həbi aşkarlanıb. İlkin sorğu zamanı həmin şəxsin narkotikləri İranın Parsabad şəhərindən ölkəmizə qaçaqmalçılıq yolu ilə keçirdiyi və Füzuli rayonunda deyiləcək ünvanlara yerləşdirməyi planlaşdırdığı məlum olub.

 

Faktla bağlı cinayət işi başlanılıb, saxlanılan şəxs barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

 

İranlı narkotacirlə ölkə daxilində və xaricində əlbir olan dəstənin digər üzvlərinin də müəyyən olunması istiqamətində əməliyyatlar davam etdirilir.


 






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.