Prezident 2026-cı ilin dövlət büdcəsini TƏSDİQLƏDİ

Prezident İlham Əliyev Milli Məclisin dekabrın 9-da qəbul etdiyi "2026-cı il dövlət büdcəsi haqqında" qanunu təsdiqləyib.

 

Senzor.az bildirir ki, qanuna əsasən, gələn il büdcə gəlirlərinin 38 milyard 609 milyon manat (2025-ci ilin təsdiq olunmuş proqnozuna nisbətən 0,7 % çox), xərclərinin isə 41 milyard 703,6 milyon manat (+0,7 %) olacağı gözlənilir.

 

Son nəticədə dövlət büdcəsində 3 milyard 94,6 milyon manat kəsir yaranmalıdır. Bu isə illik müqayisədə 1,4 % çoxdur.

 

2026-cı ildə Azərbaycanın icmal büdcəsinin gəlirlərinin 44 milyard 969,4 milyon manat, xərclərinin isə 48 milyard 839,3 milyon manat olacağı gözlənilir.

 

Bunlar 2025-ci ilin təsdiq olunmuş proqnozlarına nisbətən müvafiq olaraq 2,3 % və 2,5 % çoxdur.

 

Son nəticədə icmal büdcədə 3 milyard 869,3 milyon manat kəsir yaranmalıdır. Bu isə illik müqayisədə 5,2 % çoxdur.

 

Büdcədə neftin 1 barelinin qiyməti 65 ABŞ dolları götürülüb.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.