
Bakının Binəqədi rayonunda döyüş tətbiqinə yararlı 10 ədəd F-1 əl qumbarası, 1 qutu F-1 və RQD-5 əl qumbaralarının parladıcısı aşkarlanıb.
Senzor.az bildirir ki, bu barədə Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib.
Qeyd olunub ki, FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin çevik qrupunun mütəxəssisləri sursatları zərərsizləşdirilməsi üçün ərazidən götürərək kənarlaşdırıblar.