Azərbaycanın pravoslav icması İsa Məsihin mövludu gününü qeyd edir - VİDEO/FOTO

Bu gün dünya pravoslavları Milad bayramını qeyd edirlər.

 

Senzor.az xatırladır ki, xristian aləminin ən əlamətdar və təntənəli mərasimlərindən sayılan Milad bayramı ənənəyə görə İsa Məsihin Vifleyem şəhərində dünyaya gəlməsinin şərəfinə qeyd olunur.

 

Dünya xristianları mənsub olduqları məzhəblərə görə bu bayramı müxtəlif günlərdə (25 dekabr (katoliklər) və 6-7 yanvar (pravoslavlar)) keçirirlər və o hazırda pravoslavlıq olan ölklərdə rəsmi dövlət bayramı sayılır.

 

Bayram hazırlığı çərçivəsində evlərdə və müxtəlif ictimai məkanlarda şam ağacları bəzədilir və küçələr işıqlandırılır.

 

Qeyd edək ki, Azərbaycandakı pravoslav kilsələrində də hər il Milad bayramında dua oxunur.

 

Prezident İlham Əliyev hər il Milad bayramında pravoslav icmasını təbrik edir. Yeri gəlmişkən, bu il pravoslav xristian icmasına ünvanlanan müraciətdə deyilir: “Azərbaycanda əsrlər boyu müxtəlif xalqlar və konfessiyalar arasında qarşılıqlı hörmətə və etimada, səmimi dostluğa və qardaşlığa əsaslanan milli-mənəvi həmrəylik mühiti hökm sürür. Cəmiyyətimizdə birgəyaşayışın yüksək mədəniyyətinin, mənəvi-əxlaqi normaların, multikultural dəyərlərin və tolerantlıq prinsiplərinin təbliği və təşviqi həyata keçirdiyimiz dövlət siyasətinin prioritet istiqamətini təşkil edir. Zəngin tolerantlıq ənənələri ilə tanınan Azərbaycanda bu gün hər kəs üçün mədəni özünüifadə imkanları mövcuddur. Dilindən, dinindən və milli mənsubiyyətindən asılı olmayaraq, ölkəmizin bütün vətəndaşları, o cümlədən xristian icması üçün onların etnomədəni özünəməxsusluğunu qoruyub saxlamağa və daha da inkişaf etdirməyə imkan verən hərtərəfli demokratik-hüquqi şərait yaradılıb. Xristian həmvətənlərimizin ümumi evimiz olan Azərbaycanın tərəqqisi və çiçəklənməsi naminə bütün ictimai-siyasi, sosial-mədəni həyat sahələrində fəal iştirak etmələri təqdirəlayiqdir”.

 

Bu yanvarın 6-dan 7-nə keçən gecə də Azərbaycanın bütün pravoslav kilsələrində təntənəli ibadətlər keçirilib. Azərbaycanın paytaxtında yerləşən Müqəddəs Mürr-daşıyan Zənənlər Kafedralı və ya “Jen Mironosits” pravoslav kafedral kilsəsində Milad bayramı xidmətinə başlamazdan əvvəl Bakı və Azərbaycan yepiskopu Aleksi jurnalistlərlə söhbətində deyib: “İlk növbədə ölkəmizin bütün sakinlərini Rəbbimiz İsa Məsihin mövludunun nurlu bayramı münasibətilə təbrik etmək istəyirəm. Bu bayram Rəbb İsa Məsihə inanan insanları birləşdirir. Lakin bu bayrama sülhə, rifaha və mehriban qonşuluq münasibətlərinə can atan bütün xeyirxah insanlar da biganə qalmır. Pravoslav xristianlar bayramı kilsə ənənəsində nəzərdə tutulduğu kimi qeyd edirlər. Bayram ərəfəsində Milad axşamı sərt oruc tutulur. Pravoslav xristianlar gecə yarısı keçirilən ibadətdə birlikdə olmaq üçün hazırlaşırlar. Məhz həmin vaxt, Müqəddəs Yazının kilsə rəvayətinə əsasən, Rəbb İsa Məsihin mövludu baş verib. Həmin gecə Beytüləhmdə ulduz parlayıb, mələklər peyda olub və onlar Rəbbimizin doğulduğu yerə həm tarlada olan sadə insanları, çobanları, həm də uzaq ölkələrdən gəlmiş müdrikləri gətiriblər ki, yer üzündə doğulan Tanrıya birlikdə səcdə etsinlər”.

 

Rus Pravoslav Kilsəsinin nümayəndəsi bildirib ki, adətən bu gün qaranlıq düşənədək heç nə yeyilmir və içilmir.

 

“Milad orucu başa çatdığı üçün bu gün məhz oruc yeməklərinin qəbuluna icazə verilir. Adətən bu, bal, kişmiş və digər meyvələrlə bişirilmiş buğda, yəni soçivo olur. Buna görə də bu bayramdan əvvəlki gün soçelnik adlanır. Bu, qədim bir ənənədir və hazırda o qədər də tez-tez rast gəlinmir, baxmayaraq ki, pravoslav kilsəsi həmişə xatırladır ki, İsa Məsihin mövludu gününün qarşılanmasına məhz bu cür hazırlaşmaq lazımdır”, - deyə yepiskop bildirib.

 

Milad gecəsi yepiskop Aleksi Müqəddəs Mürr-daşıyan Zənənlər Kafedralı və ya “Jen Mironosits” pravoslav kafedral kilsəsində İlahi liturgiyanı icra edib. Arxiyereyə kafedral ruhanilər xidmət göstəriblər.

 

Gəncə şəhərindəki pravoslav xristianlar da İsa Peyğəmbərin mübarək mövludunu - Milad bayramını qeyd edirlər.

 

Aleksandr Nevski adına Rus Pravoslav Kilsəsində əvvəlcə Prezident İlham Əliyevin Milad bayramı ilə bağlı təbriki oxunub. Daha sonra Aleksandr Nevski kilsəsinin dini heyəti Həzrəti İsanın mövludu ilə bağlı ayinlər icra edib.

 

Pravoslavlar kilsədə şamlar yandıraraq, sülh, əmin-amanlıq və xoşbəxtlik diləkləri ilə dualar oxuyub, xaç suyu içiblər.

 

Vətən müharibəsində şəhid olanların ruhuna dualar oxunub.

 

Qeyd edək ki, Gəncənin pravoslav icması təqribən 200 ailədən ibarətdir.













Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.