
Şamaxı rayonunda 3,8 maqnitudalı zəlzələ baş verib.
Senzor.az bildirir ki, bu barədə AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin Zəlzələlərin tədqiqatı bürosu məlumat yayıb.
Qeyd olunub ki, təbiət hadisəsi yerli vaxtla saat 18:55-də, Pirqulu stanasiyasından 9 km cənubda qeydə alınıb. Zəlzələ episentrdə 4 bal, Pirqulu, Şamaxı, Çuxuryurd, Avaxıl, Qızmeydanı, Qaleybuğurd və ətraf kəndlərdə 4-3 bala qədər hiss olunub.
Yeraltı təkanların ocağı 8 km dərinlikdə yerləşib.