
Naxçıvan Muxtar Respublikasının dağlıq ərazilərinə qar yağıb.
Senzor.az Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətinə istinadən bildirir ki, müşahidələrə əsasən, Kükü kəndində ümumi qar örtüyünün hündürlüyü 39, Biçənək ərazisində isə 24 santimetr təşkil edir. Parağacay Qar Uçqunu Stansiyası ərazisində qarın hündürlüyü 35, dəniz səviyyəsindən 3000 metr yüksəklikdə 89 santimetr qeydə alınıb.
Qeyd edək ki, hazırda yağıntılar dayanıb.


