
Dumana görə bəzi yollarda görmə məsafəsi məhdudlaşacaq.
Senzor.az bildirir ki, bu barədə Milli Hidrometeorologiya Xidmətindən xəbərdarlıq edilib.
Qeyd olunub ki, fevralın 9-da dağlıq və dağətəyi rayonlarda dumanlı hava şəraiti ilə əlaqədar magistral avtomobil yollarında görünüş məsafəsinin 200-800 metrədək məhdudlaşacağı gözlənilir.