
Fevralın 11-də Bakıda və Abşeron yarımadasında havanın arabir yağıntılı olacağı, 10-dan 11-nə keçən gecə və səhər bəzi yerlərdə sulu qar, qar yağacağı gözlənilir. Şimal-şərq küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq.
Bu barədə Senzor.az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.
Qeyd olunub ki, havanın temperaturu gecə 1° şaxtadan 2°-dək isti, gündüz 2-5° isti olacaq. Atmosfer təzyiqi 767 mm civə sütunundan 762 mm civə sütununa enəcək. Nisbi rütubət 70-80 % təşkil edəcək.
Gecə və səhər bəzi şəhərətrafı yolların buz bağlayacağı ehtimalı var.
Azərbaycanın rayonlarında da havanın bəzi yerlərdə arabir yağıntılı olacağı, qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı ehtimalı var. Bəzi yerlərdə arabir duman olacaq. Mülayim qərb küləyi əsəcək.
Havanın temperaturu gecə 2° şaxtadan 2°-dək isti, gündüz 3-6° isti, dağlarda gecə 5-10° şaxta, yüksək dağlıq ərazilərdə 10-15° şaxta, gündüz 0-5° şaxta olacaq.
Bəzi yolların buz bağlayacağı ehtimalı var.