Əlibaba Məmmədov Fəxri xiyabanda dəfn olundu -
YENİLƏNİB, FOTO
Xalq artisti Əlibaba Məmmədov dəfn olunub.
 
Senzor.az
bildirir ki, mərhum birinci Fəxri xiyabanda torpağa tapşırılıb.
 
Dəfn mərasimində mərhumun ailə üzvləri, yaxınları və sənət yoldaşları ilə yanaşı mədəniyyət nazir Anar Kərimov, eləcə də ictimaiyyət nümayəndələri iştirak ediblər.
 
Azərbaycan Prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva dəfn mərasiminə əklil göndəriblər.
**10:10


Xalq artisti Əlibaba Məmmədov bu gün Fəxri xiyabanda dəfn olunacaq.

Senzor.az bildirir ki, bu barədə Mədəniyyət Nazirliyindən məlumat verilib.
 
Qeyd edək ki, Əlibaba Məmmədov dünən gecə saatlarında vəfat edib.
 
**23:10(25.02.2022)



Xalq artisti Əlibaba Məmmədov vəfat edib.
 
Senzor.az xatırladır ki, Əlibaba Məmmədov 5 fevral 1930-cu ildə Bakının Maştağa kəndində anadan olub. Ə.Məmmədovun xanəndə kimi yetişməsində Bakının və Abşeron kəndlərinin özünəməxsus muğam mühiti böyük rol oynayıb.
 
Əlibaba Məmmədov musiqi təhsilini 1953-1958-ci illərdə Azərbaycan Dövlət Musiqi Məktəbində xanəndə Seyid Şuşinskinin sinifində alıb. 1945-ci ildən Azərbaycan Dövlət Filarmoniyasının solisti, 1978–1988 illərdə "Azkonsert birliyi"nin solisti olub. 1968-ci ildə Azərbaycan Dövlət Filarmoniyasının nəznində maestro Niyazinin təşəbbüsü ilə "Hümayun" xalq çalğı ansamblını yaradıb.
 
Xanəndənin böyük məharətlə ifa etdiyi "Rast", "Bayatı Şiraz", "Rahab", "Dəşti" və başqa muğam-dəsgahlarının səsyazıları AzTV-nin Fondunda saxlanılır. Əlibaba Məmmədov 100-dən artıq mahnı və təsniflər yaradıb və onlar xanəndələrin repertuarlarına daxil edilib.
 
Əlibaba Məmmədovun xidməti dövlətimiz tərəfindən yüksək dəyərləndirilib. O, "Azərbaycan SSR Əməkdar artisti" (18 may 1963), "Azərbaycan SSR Xalq artisti" (17 may 1989) fəxri adlarına, "Şöhrət" (4 fevral 2000), “İstiqlal" (3 fevral 2010) və Şərəf" (4 fevral 2020) ordenlərinə layiq görülüb.
 
Allah rəhmət eləsin!





Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.