"Şamaxinka"da hərəkətin təşkilində dəyişikliklər edilir - VİDEO

Bakının Yasamal rayonunun Moskva prospektinin "Şamaxinka" adlanan yol sahəsində hərəkətin təşkilində dəyişikliklər edilir.

 

Senzor.az bildirir ki, bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) məlumat verilib.

 

Qeyd olunub ki, layihəyə əsasən, dəyişiklikdən öncəki hərəkət trayektoriyaları nəzərə alınaraq Asif Məhərrəmov küçəsindən gələn nəqliyyat vasitələri sola – 20 Yanvar küçəsi istiqamətində dönərkən əvvəlki qaydada deyil, həmin küçənin paralel hissəsi ilə Moskva prospektinə çıxa biləcəklər.

 

Əlavə olaraq 4-cü mikrorayondan Moskva prospekti istiqamətində gələn nəqliyyat vasitələrinin də öncəki trayektoriya ilə deyil, yeni qayda ilə hərəkəti təmin olunacaq.

 

Eyni qaydada, Asif Məhərrəmov küçəsinin əks istiqaməti ilə hərəkət edən nəqliyyat vasitələri xüsusi təhlükəsizlik adacığı ilə ayrılmış zolaq vasitəsilə 20 Yanvar küçəsinin paralel hissəsinə yönləndiriləcək və bu kəsişmədə həm 4-cü mikrorayon istiqamətində, həm də düzünə hərəkətlərini davam etdirə biləcəklər.

 

Bundan başqa, Moskva prospektinin 20 Yanvar küçəsi ilə kəsişmələrində, həmçinin bu kəsişmələrin yaxınlığında yerləşən geriyədönmə yerində hərəkət növbəliliyi işıqforla tənzimlənəcək.

 








Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.