
Fevralın 19-u Azərbaycanın şimal və qərb rayonlarından başlayaraq 20-si səhərədək bəzi yerlərdə hava şəraitinin arabir yağıntılı olacağı, dağlıq ərazilərdə qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə yağıntıların intensiv olacağı ehtimalı var.
Senzor.az bildirir ki, Milli Hidrometeorologiya Xidmətinin yaydığı xəbərdarlıqda belə deyilir.
Qeyd olunub ki, havanın temperaturu ötən günlərlə müqayisədə tədricən 4-6 dərəcə enəcək.
Böyük və Kiçik Qafqazın bəzi çaylarında sululuğun artacağı ehtimalı var.