Sosial şəbəkələrdə narkotik satan şəxslər saxlanıldı - VİDEO

Nərimanov Rayon Polis İdarəsi 17-ci Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı keçirilən tədbir zamanı əvvəllər məhkum olunmuş 29 yaşlı Elçin Bağırov və 37 yaşlı Əliağa Vahabov saxlanılıblar.

 

Daxili İşlər Nazirliyindən Senzor.az-a verilən məlumata görə, həmin şəxslərdən ümumilikdə 6 kiloqram narkotik vasitə olan tiryək və marixuana aşkarlanıb.

 

E.Bağırov və Ə.Vahabovun sosial şəbəkələr vasitəsilə narkotiklərin onlayn satışını həyata keçirdikləri məlum olub.

 

Şöbə əməkdaşları tərəfindən həyata keçirilən digər əməliyyatlar zamanı narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən daha 10 nəfər saxlanılaraq məsuliyyətə cəlb olunub. Həmin şəxslərdən biri - əvvəllər məhkum olunmuş Tural Məmmədovun paytaxt ərazisində binaların girişlərində quraşdırılan su sayğaclarını oğurladığı da müəyyən edilib.

 

Faktlarla bağlı araşdırmalar davam etdirilir.







Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.