Qaradağda qoruq ərazisində qanunsuz qazıntı aparan qızılaxtaranlar saxlanılıb
VİDEO

Bakının Qaradağ rayonunda tarixi-mədəni abidələrə ziyan vuran şəxslər saxlanılıb.

 

Senzor.az bildirir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.

 

Qeyd olunub ki, qabaqcadan əlbir olan bir qrup şəxs dövlət tərəfindən xüsusi qorunan təbiət ərazilərinin mühafizə qaydalarını pozaraq qızıl axtarmaq məqsədilə Milli Tarix-Bədii Qoruqlardan birinin ərazisinə qanunsuz daxil olublar. Onlar qoruqdakı mədəni sərvət hesab olunan qayaların dibində qazıntı işləri apararaq xüsusi maddi dəyəri olan əşyaları talamağa cəhd göstərib və nəticədə mədəni sərvətlərin yararsız hala salınmasına səbəb olublar.

 

Əməli törətməkdə şübhəli bilinən 42 yaşlı Kamil Ömərov, 59 yaşlı Məmmədrəsul İbrahimov, 41 yaşlı Əkbər Əkbərov, 50 yaşlı Niyaməddin Əliyev və 47 yaşlı Elşad İsgəndərov müəyyən olunaraq saxlanılıblar. Həmin şəxslər öz əməllərini mobil telefonları vasitəsilə də lentə alıblar.

 

Faktla bağlı cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.








Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.