
Lənkəranda yolda sürüşmə olub.
APA-nın verdiyi xəbərə görə, son günlər yağan intensiv yağışlardan sonra Lənkəran rayonunun Hirkan–Daşdatük–Biləsər avtomobil yolunda torpaq sürüşməsi baş verib. Nəticədə yolun asfalt örtüyü çöküb, nəqliyyatın hərəkətinə çətinliklər yaranıb.
Qeyd edək ki, sözügedən yol 7 yaşayış məntəqəsini şəhər mərkəzi ilə birləşdirir.
Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli saytın sorğusuna cavab olaraq bildirib ki, yaranmış vəziyyətlə əlaqədar olaraq ərazidə nəqliyyat vasitələrinin hərəkətinin fasiləsiz təmin olunması məqsədilə şərait yaradılıb: "Hazırda sözügedən hissə agentliyin mütəxəssisləri tərəfindən nəzarətdə saxlanılır. Yol hərəkətinin təhlükəsizliyi istiqamətində zəruri işlər görülüb. Hadisə baş vermiş yol hissəsinə texniki baxış keçirilib, mövcud vəziyyət qiymətləndirilib, müvafiq rəy hazırlanıb. Bərpa və möhkəmləndirilmə işlərinin aparılması üçün texniki təkliflər və layihə həlləri hazırlanaraq aidiyyəti üzrə təqdim olunub. Hava şəraiti imkan verdikdə təmir və bərpa işlərinə başlanılacaq".
