Azərbaycanda plastik əməliyyat etməyə 45 həkimin icazəsi var -
RƏSMİ

"Hazırda Azərbaycanda plastik cərrahiyyə ilə bağlı vəziyyət kifayət qədər düzəlib".

 

Senzor.az bildirir ki, bunu jurnalistlərə açıqlamasında səhiyyə naziri Teymur Musayev deyib.

 

Onun sözlərinə görə, hazırda ölkədə plastik və estetik əməliyyat etməyə icazəsi olan 45 həkim var: "Onların siyahısı açıq şəkildə dərc olunub. İlbəil onların sayı artır. Çünki rezidenturanı bitirən, xaricdə təhsil alıb qayıdan həkimlərimiz var".

 

Nazir bildirib ki, Azərbaycanda plastik, estetik və rekonstruktiv cərrahiyyə üzrə iki mərkəz yaradılıb: "Onlardan biri Akademik Topçubaşov adına Elmi Cərrahiyə Mərkəzində xüsusi şöbədir, ora kadrlarla təmin edilib və ən müasir avadanlıqlarla təchiz olunub. Digəri isə Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun kliniki bazası olan Plastik və Rekonstruktiv Cərrahiyyə Klinikasıdır. O da əsaslı təmir olunub, yaxın günlərdə açılışı gözlənilir".






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.