
2025-ci il ərzində Azərbaycanda 11 min 558 nikahdankənar uşaq doğulub.
Modern.az bildirir ki, bu barədə Ədliyyə Nazirliyindən məlumat verilib.
Bu, orta hesabla hər gün 32 uşağın rəsmi nikahdan kənarda doğulduğunu göstərir.
Müqayisə üçün qeyd edək ki, 2024-cü ildə Azərbaycanda 13 228 uşaq nikahdankənar dünayaya gəlib. 2023-cü ildə bu göstərici 15 622, 2022-ci ildə isə 18 814 olub.