
Martın 11-də saat 10:00-dan etibarən Balakəndə 26 kənd, bir qəsəbədə ümumilikdə 20 351 əhali abonentin və 257 qeyri-əhali abonentin qaz təchizatı dayandırılacaq.
Senzor.az bildirir ki, buna səbəb Balakən rayonunun Qazbinə, Qaysa və Meşəşambul kəndlərində "Təmiz Qaz" QSC tərəfindən balans qovşaqlarının quraşdırılmasıdır.
Məlumata görə, işlər başa çatdırıldıqdan sonra qazın verilməsi bərpa olunacaq.