“Bandotdel” Bərdə və Kürdəmirdə əməliyyat keçirdi: SİLAHLI ŞƏXSLƏR SAXLANILDI
VİDEO/FOTO
Daxili İşlər Nazirliyi (DİN) Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin (əhali arasında həm də “Bandotdel” kimi tanınır-red.) əməkdaşları tərəfindən üzərlərində qanunsuz olaraq odlu silah-sursat gəzdirən şəxslərə qarşı əməliyyatlar keçirilib.
 
Senzor.az DİN-in Mətbuat Xidmətinə istinadən bildirir ki, daxil olan əməliyyat məlumatı əsasında Baş İdarə əməkdaşları tərəfindən keçirilən tədbir zamanı Bərdə rayon sakini Razi Süleymanov saxlanılıb. Onun üzərində şəxsi axtarış aparılan zaman 1 ədəd xüsusi kustar üsulla qələm-tapança formasında hazırlanan atəş üçün yararlı odlu silah, həmin silaha məxsus 3 ədəd patron və 4 qram psixotrop maddə metamfetamin aşkar edilib.
 
Baş İdarə əməkdaşları tərəfindən keçirilən növbəti əməliyyat zaman isə üzərində qanunsuz olaraq odlu silah-sursat gəzdirməkdə şübhəli bilinən daha bir nəfər - Kürdəmir rayon sakini Zaur Kərimov da tutulub. Onun üzərinə baxış zamanı 1 ədəd “Naqan” markalı atəşə yararlı tapança, həmin silaha məxsus 7 ədəd patron aşkar edilib.
 
Qeyd olunan faktlarla əlaqədar saxlanılanların hər biri barəsində Baş İdarədə Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb. Adları sadalanan şəxslər barəsində həbs qətimkan tədbirləri seçilib. Saxlanılanların cinayət əlaqələrinin aşkar edilməsi istiqamətində əməliyyat tədbirləri davam etdirilir.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.