
Sabah yağış və dumanla əlaqədar magistral avtomobil yollarında görünüş məsafəsi məhdudlaşacaq.
Senzor.az bildirir ki, məlumatı Milli Hidrometeorologiya Xidməti yayıb.
Bildirilib ki, martın 22-də bəzi rayonlarda yağıntılı və dumanlı hava şəraiti ilə əlaqədar magistral avtomobil yollarında görünüş məsafəsinin 300-800 metrədək məhdudlaşacağı gözlənilir.