
Senzor.az Milli Hidrometeorologiya Xidmətinə istinadən bildirir ki, gecə və səhər bəzi yerlərdə duman, çiskin olacaq. Şimal-şərq küləyi əsəcək.
Abşeron yarımadasında gecə 5-8°, gündüz 10-15°, Bakıda gecə 5-7°, gündüz 12-14° isti olacaq.
Atmosfer təzyiqi 765 mm civə sütunundan 762 mm civə sütununa enəcək.
Nisbi rütubət 60-70 % olacaq.
Azərbaycanın rayonlarında havanın arabir yağıntılı olacağı, gündüz tədricən kəsiləcəyi gözlənilir.
Gecə və səhər saatlarında duman olacaq. Şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 4-8°, gündüz 13-18° isti, dağlarda gecə 0-5° şaxta, gündüz 5-10° isti olacaq.