Xalq artisti Rasim Balayev I Fəxri xiyabanda dəfn olundu
YENİLƏNİB, FOTO/VİDEO

Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında Xalq artisti Rasim Balayevlə vida mərasimi keçirilir.

 

Senzor.az bildirir ki, vida mərasimində Xalq artistinin ailə üzvləri, sənət dostları, mədəniyyət və incəsənət xadimləri, eləcə də ictimaiyyət nümayəndələri iştirak edirlər. 

Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva Xalq artisti Rasim Balayevin vida mərasiminə əklil göndəriblər.

**

Baş nazir Əli Əsədov Rasim Balayevlə vida mərasimində iştirak edir.

**

Mərasimdə çıxış edən mədəniyyət nazirinin müavini Səadət Yusifova Mədəniyyət naziri Adil Kərimlinin adından Rasim Balayevin ailəsinə başsağlığı verib.

 

Nazir müavini bildirib ki, Rasim Balayev adını Azərbaycan kino tarixinə qızıl hərflərlə yazıb. Onun rol aldığı filmlər bu günə qədər hər birimizin yaddaşında xüsusi yer tutur. Rasim Balayevin kinomuza verdiyi töhfələri sadaladıqca bitməz.

 

Daha sonra çıxış edən Xalq yazıçısı Anar qeyd edib ki, bu gün danışmaq çox ağırdır: “Azərbaycan kinosu yaşadıqca, Rasim də yaşayacaq. Biz onunla sənət dostu olmuşuq. Mənim bir çox ssenarilərimdə çəkilib, o, doğrudan da böyük sənətkar idi”.

 

Ardınca çıxış edən Xalq artisti Şəfiqə Məmmədova bildirib ki, doğrudan da Azərbaycan kinosuna ağır zərbə dəyib: “Bu dəqiqə onun barədə keçmiş zamanda danışmaq olmur. Onunla planlarımız çox idi, deyiləsi sözlərim çox idi. O, şərəfli ömür yaşadı, Azərbaycan kino ailəsinin başçısı idi. Dostları, ailəsi və ən əsası Azərbaycan xalqı onu çox sevirdi”.

 

Daha sonra çıxış edən Xalq artisti Oktay Mirqasımov bildirib ki, Rasim Balayevlə bir neçə filmdə birlikdə işləyiblər: “O, doğrudan da böyük aktyor idi. Həm dost, həm də aktyor kimi çox yaxşı idi. Onunla işləmək insana zövq verirdi. Rasim böyük aktyor olmağı bacardı”. 

 

Sonda Rasim Balayevin oğlu  Ülvi Balayev vida mərasimində iştirak edənlərə minnətdarlığını bildirib və atası haqda bu fikirləri deyib: “Ailəmiz üçün ağır gündür. Sözün bitdiyi andır. Gözümüzü açandan həmişə son sözü ailəmizdə Rasim Balayev deyib. Ona görə başqa söz deyə bilməyəcəyəm”.  

**

Xalq artisti Rasim Balayevin cənazəsi teatrın binasından qaldırılaraq dəfn üçün Fəxri xiyabana aparılıb.

**

Xalq artisti Rasim Balayev Birinci Fəxri xiyabanda dəfn olunub.

**09:30


İstanbulda müalicə olunduğu xəstəxanada vəfat edən Xalq artisti Rasim Balayevin cənazəsi Bakıya gətirilib.

 

Senzor.az bildirir ki, mərhum aktyorun nəşini daşıyan təyyarə gecə saatlarında Heydər Əliyev Beynəlxalq Hava Limanına eniş edib.

 

Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında  keçiriləcək vida mərasimindən sonra o, I Fəxri xiyabanda dəfn olunacaq.

**15:48(29.03.2026)


Azərbaycan Kinematoqrafçılar İttifaqının sədri Rasim Balayevin dəfn yeri məlum olub.

 

Senzor.az-ın məlumatına görə, o, sabah Birinci Fəxri xiyabanda torpağa tapşırılacaq.

 

Dəfndən əvvəl Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında Rasim Balayevlə vida mərasimi keçiriləcək.

 

Xatırladaq ki, Xalq artisti ağciyər xərçəngindən əziyyət çəkib. Türkiyədə müalicə alan aktyor bu gün səhər İstanbulda müalicə aldığı “Memorial” klinikada vəfat edib. Azərbaycanın İstanbuldakı Baş Konsulluğu Rasim Balayevin cənazəsinin bu gün axşam Bakıya göndərilməsinin planlaşdırıldığını bildirib.


**14:12


Azərbaycanın Xalq artisti Rasim Balayev vəfat edib.

 

Senzor.az bildirir ki, bu barədə Azərbaycan Kinematoqrafçılar İttifaqından məlumat verilib.

 

Xalq artisti Türkiyədə müalicə aldığı xəstəxanada dünyasını dəyişib.

 

Qeyd edək ki, Rasim Balayev 8 avqust 1948-ci ildə Ağsu rayonunda anadan olub.

 

1969-cu ildə Azərbaycan Dövlət İncəsənət İnstitutunu bitirib və Bakı kinostudiyasında "Ulduzlar sönmür" adlı ekran işində kiçik bir rolla böyük kinoya gəlib.

 

Xalq artisti bundan sonra "Nəsimi", "Babək", "Atları yəhərləyin", "Dədə Qorqud" və digər onlarla filmdə əsas rollarda çıxış edib.

 

31 may 2022-ci ildə Azərbaycan Kinematoqrafçılar İttifaqının sədri seçilib.

 

Rasim Balayev "Şərəf", "Şöhrət", "İstiqlal" ordenləri və "Heydər Əliyevin 100 illiyi (1923–2023)" yubiley medalı, həmçinin bir sıra digər dövlət mükafatı və medalları ilə təltif olunub.

 

Allah rəhmət eləsin!






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.